...

AİB dövlət müəssisələrinə investorların cəlb edilməsində Özbəkistana dəstəyi davam etdirəcək

İqtisadiyyat Materials 5 May 2025 10:37 (UTC +04:00)
AİB dövlət müəssisələrinə investorların cəlb edilməsində Özbəkistana dəstəyi davam etdirəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Asiya İnkişaf Bankı (AİB) dövlət müəssisələrinə investorların cəlb edilməsində Özbəkistan hökumətinə dəstəyi davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Araya bankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Özəlləşdirmə sahəsində AİB artıq uzun müddətdir ki, islahatlar çərçivəsində hökumətə dəstək göstərir. İqtisadiyyat və maliyyə nazirliyi artıq müvafiq baş-plan hazırlayıb və biz dövlət banklarına strateji investorlar cəlb etmək bacarığı və potensialını gücləndirməkdə yardım göstəririk”, - deyə o qeyd edib.

Lao-Araya AİB-nın “Uzpromstroybank”a (SQB) yüksək səviyyəli kredit ayırdığını xatırladıb.

“Hal-hazırda bank strateji investor axtarışındadır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti