...

Qəzzaya yardım aparan “Conscience” gəmisi PUA hücumundan sonra Malta sahillərində gözləyir

Dünya xəbərləri Materials 5 May 2025 04:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və Mayın 2-də Malta sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan “Conscience” adlı gəmi hazırda sahilə yan almaq üçün icazə gözləyir.

Trend-in məlumatına görə, Azadlıq Donanması Koalisiyasına (FFC) məxsus gəmi Maltadan 12 mil uzaqlıqda lövbər salıb. Gəmidə olan heyət və göyərtəyə minmək üçün gözləyən şəxslər 21 müxtəlif ölkəni təmsil edir.

“Conscience” heyəti Maltadan gəminin təmirinə və yeni bayraq verilməsinə yardım etməyi xahiş edib.

Malta Baş naziri Robert Abela məsələ ilə bağlı açıqlamasında ölkəsinin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu vurğulayıb. O qeyd edib ki, yalnız gəminin yükünün sırf humanitar məqsədli olduğu təsdiqləndikdən sonra, Malta tərəfi təmir işlərinin aparılmasına və gəminin Qəzzaya yola salınmasına imkan verəcək.

Qeyd edək ki, gəmidə minlərlə konteyner humanitar yardım var idi və PUA hücumu nəticəsində ön hissə zədələnib, göyərtədə yanğın baş verib və bir neçə sərnişin yüngül xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti