Bakı. Trend:
Bakı marafonu ənənəvi olaraq ən yüksək səviyyədə təşkil olunub.
Bu barədə Trend-ə 28 qat dünya çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, polkovnik-leytenant Eduard Məmmədov bildirib.
“Burada əsl idman bayramı, sağlam həyat tərzinin təbliği və beynəlxalq həmrəyliyin hökm sürdüyü gözəl bir ab-hava var. Çünki marafonda bir çox ölkənin nümayəndələri iştirak edir. Sevindirici haldır ki, marafonda yalnız idmançılar deyil, müxtəlif sahələrin nümayəndələri də iştirak edirlər. Bu isə yarışa olan böyük maraqdan xəbər verir. Qoy ən güclü qalib gəlsin!”, – deyə dünya şöhrətli idmançı bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” start götürüb. İştirakçılar Bayraq meydanından yarışa başlayıblar.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edəcək.