...

Bakıya qələbə qazanmaq üçün gəlmişdim - Marafonun qalibi

Cəmiyyət Materials 4 May 2025 14:44 (UTC +04:00)
Bakıya qələbə qazanmaq üçün gəlmişdim - Marafonun qalibi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çox gözəl bir yarış idi. Çox xoşbəxtəm. İlk dəfə ki, Azərbaycana gəlirdim. Bakı çox qonaqpərvər, xeyirxah, təmiz insanlara sahibdir. Bir ildən sonra yenidən Azərbaycana gələcəm. Çox gözəl ölkəniz var, Bakı çox gözəldir.

Trend xəbər verir ki, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”in kişilər arasında qalibi Sezgin Atac jurnalistlərə açıqlamasında deyib.

Çempion idmançı bildirib ki, yarış onun üçün çox müsbət əhval-ruhiyyədə keçib.

“Külək çox güclü idi, bir az məni yordu. Lakin indi yaxşıyam. Çox dəstəkləyən var idi. Yol boyu bütün azarkeşlər adımı qışqırırdılar. Bu məni çox motivasiya edirdi. Su stansiyaları çox yaxşı idi.

10 kilometrlik yarışda Türkiyə rekordçusuyam. Bu mənim azı 20-30-cu qalibiyyətimdir, çox çempion olmuşam. Buraya gələndə qələbə qazanacağımı bilirdim, qazanmaq üçün gəlmişdim. Və qazandım. Azərbaycan xalqına, qardaş ölkəmizə təşəkkür edirəm”, - deyə türkiyəli idmançı çempionluq təəssüratlarını bölüşüb.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub.

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edib.

Xəbər lenti

Xəbər lenti