Bakı. Trend:
Bu mənim Bakı marafonunda ilk iştirakım idi və qaliblər sırasında yer aldığıma görə çox şadam.
Bu barədə Trend-ə bu gün “Bakı Marafonu 2025”in Yaponiyadan olan bürünc medalçısı Erikо Soma bildirib.
“Mən Bakıya ilə dəfədir gəlirəm. Bu mənim Bakı marafonunda ilk iştirakım idi və qaliblər sırasında yer aldığıma görə çox şadam. Çox küləkli idi, amma insanlar mənə ruh yüksəkliyi verirdilər, onlara çox minnətdaram. Bakı memarlıq baxımından çox gözəldir, insanları isə çox qonaqpərvər və mehribandır, mətbəxi isə çox dadlıdır. Bu şəhəri sevdim!” – deyə yaponiyalı idmançı finişdə söyləyib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edib.