...

Gələn il mütləq qızıl medal qazanmağa çalışacağam - Marafonun gümüş mükafatçısı

Cəmiyyət Materials 4 May 2025 16:40 (UTC +04:00)
Gələn il mütləq qızıl medal qazanmağa çalışacağam - Marafonun gümüş mükafatçısı
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il mütləq qızıl medal qazanmağa çalışacağam.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”in qad;nlar arasında gümüş mükafatçısı azərbaycanlı Anna Yusupova deyib.

“Evdə marafonda iştirak etmək mənim üçün xüsusilə vacibdir, ən yüksək hədəflərə çatmaq üçün daha da çox çalışacağam.

Mən Bakı Marafonunda ilk günlərdən iştirak edirəm və artıq bürünc, keçən il və indi gümüş medalım var. Gələn il qızıl qazanmağa çalışacağam. Burada müxtəlif ölkələrdən olan iştirakçılar arasında həqiqətən gözəl ab-hava hökm sürür, hər şey yüksək səviyyədə təşkil olunub”, - deyə idmançı bildirib.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub.

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatə edib.

Xəbər lenti

Xəbər lenti