...

Misli Premyer Liqasında XXXIII tura yekun vurulub

İdman Materials 4 May 2025 22:02 (UTC +04:00)
Misli Premyer Liqasında XXXIII tura yekun vurulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XXXIII turun oyunlarına yekun vurulub.

Trend-in məlumatına görə, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

İlk oyun Bakıda keçirilib. “Qarabağ” klubu “Sumqayıt”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 80-ə çatdırıb.

Günün digər oyunu da paytaxtda gerçəkləşib. “Neftçi” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşmada hesabı "ağ-qaralar" açsa da, gəncəlilər ardıcıl iki qol vuraraq önə keçiblər. Lakin oyunun 90+6-cı dəqiqəsində “Neftçi” penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.

Xəbər lenti

Xəbər lenti