...

Moskvada yaşayış binasında partlayış baş verib

Dünya xəbərləri Materials 4 May 2025 22:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvanın cənub-qərbində yerləşən General Tyulenev küçəsindəki çoxmərtəbəli yaşayış binasında partlayış və ardınca yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə TASS əməliyyat xidmətlərinə istinadən nəlumat yayıb.

Doqquzuncu mərtəbədəki mənzildə baş verən partlayış nəticəsində yanğın başlayıb. Nəticədə səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun yaranıb, iki mənzil yanır.

Partlayış baş verən mənzilin tamamilə dağıldığı bildirilir. Hadisə yerindən bina sakinləri təxliyə olunur.

“SHOT” teleqram kanalının yaydığı məlumata əsasən, hadisə nəticəsində uşaqlar da daxil olmaqla azı 12 nəfər xəsarət alıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti