...

Muradlı və Süleymanlı “Baku Open”də liderləri izləyir

İdman Materials 5 May 2025 00:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Baku Open” beynəlxalq şahmat festivalının VII turunda Azərbaycanlı qrossmeysterlər Məhəmməd Muradlı və Aydın Süleymanlı uğurlu çıxışlarını davam etdiriblər.

Trend xəbər verir ki, onlar müvafiq olaraq FIDE təmsilçisi Roman Şoqciyev və Hindistan şahmatçısı Anis Mohammed üzərində qələbə qazanıblar.

Hər iki şahmatçı bu qələbələrlə turnirdə beş xala yiyələnərək, müvafiq olaraq 3-cü və 4-cü pillələrdə qərarlaşıblar. Qeyd edək ki, Aydın Süleymanlı turnirə bir neçə heç-heçə ilə zəif başlasa da, ardıcıl qələbələrlə mövqeyini gücləndirib. Məhəmməd Muradlı isə iki məğlubiyyətdən sonra toparlanaraq qalibiyyət seriyasına başlayıb.

Səkkizinci turda iki güclü şahmatçımız – Muradlı və Süleymanlı – bir-biri ilə qarşılaşacaq və bu oyun onların ümumi turnir sıralamasındakı vəziyyətinə ciddi təsir göstərə bilər.

Digər Azərbaycan təmsilçilərindən Xəzər Babazadə (5-ci yer), Murad İbrahimli (6-cı), Misrətdin İskəndərov (8-ci), Read Səmədov (12-ci), Nicat Abasov (13-cü), Əhməd Əhmədzadə (15-ci) və Xaqan Əhmədov (17-ci) hər biri 4,5 xalla mübarizəni davam etdirirlər.

Turnirin lideri isə altı xalla serbiyalı şahmatçı Aleksandar İnçiçdir. Onu yarım xal geridə Gürcüstan təmsilçisi Baadur Cobava izləyir.

Xəbər lenti

Xəbər lenti