...

Piastri Mayami Qran-prisinin qalibi olub

İdman Materials 5 May 2025 04:10 (UTC +04:00)
Piastri Mayami Qran-prisinin qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Formula-1" üzrə dünya çempionatının 6-cı mərhələsi olan Mayami Qran-prisi başa çatıb.

Trend-in məlumatına görə, ABŞ-də keçirilən əsas yarışı "Maklaren" komandasının pilotu Oskar Piastri qazanıb.

Onun komanda yoldaşı Lando Norris ikinci, "Mersedes"dən Corc Rassel isə üçüncü yeri tutub. Mövsümün favoriti hesab edilən "Red Bull" pilotu Maks Ferstappen yalnız dördüncü olub.

Bu nəticədən sonra Piastri 131 xalla ümumi sıralamada liderliyə yüksəlib, Norris 115 xalla ikinci, son dörd mövsümün dünya çempionu Ferstappen isə 99 xalla üçüncü yeri tutur.

Mühəndislər kubokuna da "Maklaren" 246 xalla başçılıq edir. Onları "Mersedes" (141 xal) və "Red Bull" (105 xal) izləyir.

Xəbər lenti

Xəbər lenti