Bakı. Trend:
Yeddi dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olmuş ABŞ-li tennisçi, dünyanın sabiq birinci raketkası Venus Uilyams "TNT Sports" kanalında ekspert kimi debüt edəcək.
Trend-in championat.com-a istinadla verdiyi məlumata görə, Venus Uilyams 2025-ci ildə keçiriləcək “Rolan Qarros” turniri zamanı kanalın ulduz ekspertlər komandasına qoşulacaq.
Ekspert qrupuna digər tanınmış tennisçilər də daxil ediləcək.
Qeyd edək ki, 44 yaşlı Venus Uilyams hələ rəsmi şəkildə karyerasını başa vurduğunu açıqlamayıb. O, son dəfə 2024-cü ildə yarışlarda iştirak edib.