Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, altı ay ərzində Mayk Uolsun yerinə yeni milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd barədə qərar verəcək.
Trend xəbər verir ki, bu barədə açıqlamanın stenoqramını Ağ Evin mətbuat xidməti yayıb.
Hazırda ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinə rəhbərlik etməklə yanaşı, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi funksiyalarını da icra edir.
Tramp Floridadan Vaşinqtona uçan təyyarədə jurnalistlərin sualını cavablandırarkən deyib: “Deyərdim ki, bu, altı ay ərzində baş verəcək.”
ABŞ lideri eyni zamanda bu vəzifəyə əsas namizəd kimi Baş Qərargah rəisinin müavini Stiven Millerin adını çəkib. “Mən düşünürəm ki, o, artıq bu işi dolayısı ilə yerinə yetirir. Onun bir çox məsələdə söz haqqı var və administrasiyamızda son dərəcə dəyərli fiqurdur”, – deyə Tramp vurğulayıb.