...

Abşeronda "Mercedes" qəzaya uğrayaraq yanıb

Cəmiyyət Materials 5 May 2025 08:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla müşayiət olunan yol-nəqliyyat qəzası baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində avtomobilin yanar hissələri alovlanaraq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəbər lenti

Xəbər lenti