...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

İqtisadiyyat Materials 5 May 2025 11:50 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,34 ABŞ dolları və ya 4,9% azalaraq 65,2 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 67,21 dollar/barel, minimum isə 63,63 dollar/barel olub.

Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 63,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,33 ABŞ dolları və ya 5% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 65,47 dollar/barel, minimum isə 61,97 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,91 ABŞ dolları və ya 5,5% azalaraq 50,26 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 52,54 dollar/barel, minimum isə 48,65 dollar/barel olub.

Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 4,42 dollar və ya 6,5% ucuzlaşaraq 63,25 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 65,68 dollar/barel, minimum isə 61,41 dollar/barel təşkil edib.

Neftin növü / tarix

28.04.2025

29.04.2025

30.04.2025

01.05.2025

02.05.2025

Orta qiymət

Azeri LT CIF

$67,21

$66,26

$65,13

$63,76

$63,63

$65,20

Azeri Light FOB Ceyhan

$65,47

$64,52

$63,40

$62,06

$61,97

$63,48

Urals (EX NOVO)

$52,54

$51,20

$50,14

$48,78

$48,65

$50,26

Dated Brent

$65,68

$64,35

$63,28

$61,54

$61,41

$63,25

Məqalədə:
Xəbər lenti

Xəbər lenti