Bakı.Trend
Myanmanın Mandalaya şəhərində güclü zəlzələ, ardınca isə zəif yeraltı təkanlar qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Taylandın Meteorologiya Departamenti məlumat yayıb.
Məlumata görə, zəlzələnin ən güclüsü 4,8 maqnitudada olub, afterşoklar isə 1,9 bal gücündə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı 10 km dərinlikdə olub. Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
Qeyd edilir ki, bundan əvvəl martın 28-də Myanma ərazisində baş vermiş 8.2 bal gücündə zəlzələ 3,8 min nəfərin həyatına son qoyub, yüzdən çox insan hələ də itkin düşən insanların siyahısındadır.