...

ABŞ ordusu Sənada husilərin silah anbarlarını bombaladı

Dünya xəbərləri Materials 5 May 2025 01:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənanın cənubunda yerləşən Əs-Səvad bölgəsində “Ənsar Allah” (husilər) hərəkatına məxsus silah anbarlarını hədəfə alaraq azı üç hava zərbəsi endirib.

Trend xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

Bundan əvvəl husilərə məxsus Al Masirah telekanalı da ABŞ-ın Səna və Əl-Hodeyda əyalətinin Ras İsa limanına ardıcıl zərbələr endirdiyini açıqlayıb.

Xatırladaq ki, martın 15-dən etibarən ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Amerika ordusu husilərin nəzarətində olan ərazilərə qarşı genişmiqyaslı hücumlara başlayıb. Husilər hazırda Yəmənin təxminən üçdə birinə nəzarət edirlər.

Xəbər lenti

Xəbər lenti