...

Ukrayna və Çexiya F-16 pilotlarının hazırlanması üçün birgə məktəb yaradacaq

Dünya xəbərləri Materials 5 May 2025 06:38 (UTC +04:00)
Ukrayna və Çexiya F-16 pilotlarının hazırlanması üçün birgə məktəb yaradacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna və Çexiya F-16 qırıcı təyyarə pilotlarının hazırlanması məqsədilə birgə məktəbin yaradılması barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Çexiya Prezidenti Petr Pavel ilə keçirdiyi mətbuat konfransında məlumat verib.

Zelenskinin sözlərinə görə, mərmi tədarükü təşəbbüsü ilə yanaşı, Ukrayna və Çexiya hava koalisiyası çərçivəsində sıx əməkdaşlıq edir və bu əməkdaşlığın məntiqi davamı kimi birgə pilot məktəbinin yaradılması nəzərdə tutulur.

"Bu gün Prezident Pavel və mən, eləcə də nümayəndə heyətlərimiz Ukrayna-Çexiya F-16 məktəbinin yaradılması da daxil olmaqla, aviasiya koalisiyamızın inkişafı ilə bağlı növbəti addımları müzakirə edirik", – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Ukrayna ərazisində müharibə şəraiti bu cür məktəbin açılmasına imkan vermir.

"Rusiyanın davam edən təhdidləri səbəbindən bu məktəblərin Ukraynadan kənarda açılması üçün tərəfdaşlarla işləyirik. Bu baş verəcək və biz artıq Çexiyanın bu qərarların reallaşdırılmasında bizimlə birlikdə olacağına razılaşmışıq", – deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə Ukrayna və müttəfiqləri F-16 döyüş təyyarələrinin Ukraynaya ötürülməsi məqsədilə aviasiya koalisiyası yaradıblar. Zelenskinin sözlərinə görə, Ukraynanın ən azı 128 ədəd F-16 təyyarəsinə ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti