Bakı. Trend:
Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətinin Syansi şəhərində Liuçun çayında baş vermiş qəza nəticəsində iki istirahət gəmisi aşıb.
Trend-in “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə güclü leysan yağışı səbəb olub.
Qəzada 3 nəfər həlak olub, 14 nəfər isə hələ də itkin düşmüş hesab olunur. Ümumilikdə 60 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib. Araşdırmalar davam edir və hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Təhlükəsizlik orqanları hadisə ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəklər.