Bakı. Trend:
Nikaraqua "La Prensa" qəzetinin YUNESKO-nun Ümumdünya Mətbuat Azadlığı Mükafatına layiq görülməsinə etiraz olaraq təşkilatdan çıxmaq barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, Nikaraqua Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, adıçəkilən nəşr "hökumət əleyhinə fəaliyyəti, zorakılığı və anti-dəyərləri təbliğ etməsi ilə tanınır".
"YUNESKO-nun Nikaraquanın milli kimliyi və mədəni dəyərlərini təhqir edən və tapdalayan, obyektivlikdən uzaq addımların təşkilatçısı və faktiki olaraq tərəfdaşı olması utancvericidir. Bu səbəbdən, Nikaraqua hökuməti YUNESKO-dan çıxmaqla bağlı suveren və yekun qərarını elan edir", – deyə Nikaraquanın Xarici İşlər naziri təşkilatın baş direktoru Odri Azuleyə ünvanladığı məktubda qeyd edib.
YUNESKO-nun baş direktoru cavabında bildirib ki, təşkilat bu qərardan təəssüf hissi keçirir və bu addım Nikaraqua xalqını xüsusilə təhsil və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq imkanlarından məhrum edəcək.