...

Qrenlandiya üzərində nəzarət üçün hərbi gücdən istifadəni istisna etmirəm - Tramp

Dünya xəbərləri Materials 5 May 2025 03:52 (UTC +04:00)
Qrenlandiya üzərində nəzarət üçün hərbi gücdən istifadəni istisna etmirəm - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarət məsələsində hərbi gücdən istifadə ehtimalını istisna etmədiyini açıqlayıb.

Trend xəbər verir ki, Tramp bu barədə "NBC News"a verdiyi müsahibədə danışıb.

"Bunu istisna etmirəm. Edəcəyimi də demirəm, amma heç nəyi istisna etmirəm. Xüsusilə də indiki halda", – Tramp bildirib.

Prezident həmçinin əlavə edib ki, ABŞ Qrenlandiyaya ciddi şəkildə ehtiyac duyur.

"Qrenlandiyada çox az adam yaşayır. Biz onlara qayğı göstərəcək və qoruyacağıq. Bu bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır", – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti