Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çinə qarşı tətbiq edilmiş idxal rüsumlarının müəyyən məqamda azaldılacağını bildirib.
Trend xəbər verir ki, Tramp bu barədə “NBC News” telekanalına verdiyi müsahibədə danışıb.
“Hansısa məqamda mən üsumları azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – deyə o qeyd edib. Lakin Tramp bu qərarın nə vaxt veriləcəyinə dair dəqiq vaxt çərçivəsi təqdim etməyib.
Trampın sözlərinə görə, Çin ABŞ ilə sahibkarlıq əlaqələrini bərpa etməkdə son dərəcə maraqlıdır, çünki ölkənin iqtisadiyyatı hazırda “özünü çox pis hiss edir”.
