Bakı. Trend:
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir zamanı əvvəllər məhkum olunmuşlar Tahir və Mahir Məmmədov qardaşları saxlanılıblar.
Trend-in yerli müxbiri xəbər verir ki, onlardan satış məqsədi əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.