...

Azərbaycanlı tələbələr Macarıstanın Peç universitetində əczaçılıq üzrə intensiv tədris proqramında iştirak edə biləcəklər

Cəmiyyət Materials 5 May 2025 12:52 (UTC +04:00)
Azərbaycanlı tələbələr Macarıstanın Peç universitetində əczaçılıq üzrə intensiv tədris proqramında iştirak edə biləcəklər
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı tələbələr Macarıstanın Peç universitetində əczaçılıq üzrə intensiv tədris proqramında iştirak edə biləcəklər.

Trend xəbər verir ki, bunu Peç Universitetinin əczaçılıq kafedrasının dosenti Andraş Fittler Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah” mövzulu beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

Oun sözlərinə görə, Azərbaycanda əczaçılıq sahəsində öz bilik və praktiki bacarıqlarını genişləndirməyə can atan mütəxəsislərin həm bakalavr həm də magistra səviyyəsində hazırlanması üçün əhəmiyyətli potensial var.

"Bunun üçün biz sənaye üzrə ekspertlər və “PanoPharma” əczaçılıq zavodu ilə birlikdə xüsusi proqram hazırlamışıq. Bu proqram tələbələrə və məzunlara tətbiqi əczaçılıq aspektlərinə yönəlmiş intensiv təlim keçmək imkanı verəcək və bu, şübhəsiz ki, Azərbaycanın əczaçılıq sahəsinin inkişafına töhfə verəcək",- deyə Fittler vurğulayıb.

Fittler Pеç Universitetinin Əczaçılıq fakültəsində beşillik magistr proqramı, həmçinin Tibb fakültəsi ilə birgə həyata keçirilən biotexnologiya üzrə bakalavr proqramının təklif olunduğunu xatırladıb.

“Universitetdə klinikalar və elmi mərkəzlər fəaliyyət göstərir və onlar mütəxəssislərin hazırlanmasında və tibb, biotexnologiya və əczaçılıq sahələrində aktual tədqiqatların aparılmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, ali təhsil ocağında 30-a yaxın azərbaycanlı tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti