...

"Sürət, Enerji, Zövq – Bakı Marafonunda Xırdalan 0.0 ilə!" (FOTO)

Cəmiyyət Materials 5 May 2025 17:07 (UTC +04:00)
"Sürət, Enerji, Zövq – Bakı Marafonunda Xırdalan 0.0 ilə!" (FOTO)

Bakı. Trend:

Carlsberg Group-un qabaqcıl innovativ texnologiyalarını tətbiq edərək, Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan Xırdalan 0.0 alkoqolsuz pivəsi Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı Marafonunun növbəti dəfə əsas tərəfdaşlarından olub.

“Küləyə qalib gəl” şüarı altında səkkizinci dəfə keçirilən Bakı Marafonu sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyıb. Marafonun start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olub və yüksək iştirakçı aktivliyi ilə yadda qalıb.

İllərin unudulmaz dadı olan Xırdalan bu dəfə də tam alkoqolsuz Xırdalan 0.0 pivəsi ilə marafon iştirakçılarına dəstək olub. Xırdalan 0.0 həm də 100-dən çox iştirakçı ilə Marafona qoşulub.

Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, Bakı Marafonu 2025-in tərəfdaşı Xırdalan 0.0. pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi Xırdalan 0.0 artıq istehlakçılar tərəfindən böyük rəğbət qazanıb.

Carlsberg Azerbaijan-ın Baş direktoru Alius Antulis bildirib:

“Minlərlə insanın marağına səbəb olan möhtəşəm Bakı Marafonunun tərəfdaşı olmaqdan qürur duyuruq. Ötən il təqdim olunan Xırdalan 0.0, Azərbaycanda istehsal edilən ilk 0.0% alkoqollu pivədir və marafon iştirakçılarına klassik pivə dadını qoruyaraq təravətlənmək imkanı təqdim edir.

Bu gün Bakı Marafonunu artıq üçüncü dəfə qaçıram və finiş xəttində buz kimi Xırdalan 0.0 ilə iştirakçıları səbirsizliklə gözləyirəm!”

Şirkət haqqında məlumat:

"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.

Xəbər lenti

Xəbər lenti