...

Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır - FƏRMAN

Siyasət Materials 5 May 2025 16:02 (UTC +04:00)
Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır - FƏRMAN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu” təsdiq edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görməli; bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərmanla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları daxil edilib.

Xəbər lenti

Xəbər lenti