Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Kanadanı ABŞ-yə birləşdirmək təklifi ölkəni ərazisinə görə dünyanın ən böyük ölkəsi etmək üçün deyil.
Trend-in məlumatına görə, bu barədə "The Globe & Mail" portalı xəbər verib.
"Xeyr, mən heç vaxt belə düşünməmişəm. Baxmayaraq ki, mən daşınmaz əmlak istehsalçısıyam. Mən əvvəllər belə bir sual eşitməmişdim", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-nin sahəsi 9,83 milyon kvadrat kilometrdir. Kanadanın sahəsi isə 9,98 milyon kvadrat kilometr təşkil edir. Beləliklə, Kanada ilə birlikdə ABŞ sahəsi 19,81 milyon kvadratmetr ola bilərdi.