Bakı. Trend:
Zaqatalada avtomobilin ağaca çırpılması nəticəsində sürücü hadisə yerində ölüb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə mayın 5-i saat 00:35 radələrində qeydə alınıb.
Belə ki, Zaqatala rayonunun Muğanlı kənd sakini 1985-ci il təvəllüdlü Səfərov Elsevər Mahmud oğlu idarə etdiyi "Mercedes C-class" markalı avtomobillə Zaqatala rayonunun Dağlı kəndindən həmin rayonunun Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, yolun sağ hissəsində olan çınar ağacına çırpılaraq aldığı xəsarələrdən hadisə yerində ölüb.
Faktla bağlı mayın 5-də Zaqatala RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.