Bakı. Trend:
Türkiyə Super Liqasında 34-cü turun oyunları başa çatıb.
Trend-in məlumatına görə, turun son qarşılaşmasında "Trabzonspor" səfərdə "Kasımpaşa" ilə üz-üzə gəlib.
Son üç matçda ardıcıl qalib gələn Qaradəniz təmsilçisi bu dəfə xal itkisi ilə üzləşib. İlk hissədə geriyə düşən "Trabzonspor" fasilədən sonra bərabərlik qolunu vuraraq bir xalla kifayətlənib. Bu nəticə ilə komanda turnir cədvəlində 7-ci pilləyə yüksəlib.