...

Birinci rübdə Azərbaycanda 3,4 milyon manatlıq dərman istehsal edilib

İqtisadiyyat Materials 6 May 2025 10:30 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda 3,4 milyon manatlıq dərman istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 3,396 milyon manat dəyərində dərman istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 106 milyon manat və ya 3,2% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda 3,290 milyon manat dəyərində dərman istehsal edilmişdi.

Cari ilin aprelin biri tarixinə ölkədə 705,8 milyon manatlıq hazır dərman ehtiyatı var.

Bununla yanaşı bəhs olunan dövrdə Azərbaycanda 900 min ədəd maska istehsal edilib. Bu, illik müqayisədə dəyişməsə də son iki ildə 700 min ədəd və ya 4,5 dəfə artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti