...

Yağıntılı hava şəraiti subasmaya səbəb oldu (VİDEO)

Hadisə Materials 6 May 2025 09:43 (UTC +04:00)
Yağıntılı hava şəraiti subasmaya səbəb oldu (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bİldirilib ki, daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

"Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti