...

6 gün əvvəl avtomobil vuran piyada xəstəxanda öldü

Hadisə Materials 6 May 2025 09:24 (UTC +04:00)
6 gün əvvəl avtomobil vuran piyada xəstəxanda öldü
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonunda avtomobilin vurması nəticəsində xəsarət alan piyada xəstəxanada ölüb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə aprelin 29-da baş verib.

Belə ki, Yusifov Akif Xanqulu oğlu adına qeydiyyat şəhadətnaməsi ilə rəsmiləşdirilmiş "KİA RİO" markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 3 ünvanından, keçmiş "Cactus" restoranı istiqamətinə yolun sağ zolağı ilə hərəkətdə olan zaman yol sol tərəfindən sağ tərəfinə piyada hərəkət edən 1985-ci il təvəllüdlü Hacıyev Emin Qalib oğlunu avtomobilin qabaq ön hissəsi ilə vuraraq ona baş beyin əzilməsi, sağ alın təpə gicgah nahiyəsində subdoral hemotoma, sağ orbitanın distal hissəsinin sınığı ilə nəticələnən ağır bədən xəsarətləri yetirib, sonuncu mayın 5-də 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı mayın 5-də Bakı şəhər Yasamal RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti