Bakı. Trend:
“B.Sərdarov adına Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldır.
Trend xəbər verir ki, MMC 54 min 431 manat olan nizamnamə kapitalının məbləğini 10 manata azaldığını elan edib. Yəni şirkət nizamnamə kapitalını 54 min 421 manat azaldır.
Qeyd edək ki, “B.Sərdarov adına Maşınqayırma Zavodu” 2007-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Ələkbərov Elnur Bəylər oğludur.