...

Orta Dəhliz təkcə nəqliyyat əlaqəsi deyil, sabitlik amilidir – Sahil Babayev

İqtisadiyyat Materials 5 May 2025 20:59 (UTC +04:00)
Orta Dəhliz təkcə nəqliyyat əlaqəsi deyil, sabitlik amilidir – Sahil Babayev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Orta Dəhliz təkcə nəqliyyat əlaqəsi deyil, sabitlik amilidir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu AİB-in Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzar sessiyasında bildirib.

"Son qlobal və regional hadisələr Azərbaycanın əsas mövqe tutduğu Orta Dəhliz təşəbbüsünün kritik əhəmiyyətini vurğulayır. Artan gərginlik və qeyri-müəyyənlik fonunda bu marşrutun etibarlı və alternativ nəqliyyat arteriyası kimi strateji əhəmiyyəti getdikcə daha aydın görünür. Bu, iqtisadi əlaqələrin şaxələndirilməsinə və geosiyasi dəyişikliklərə qarşı həssaslığın azaldılmasına imkan verir".

S.Babayev vurğulayıb ki, təqdim olunan yenilənmiş strateji baxış və hərtərəfli təhlil Orta Dəhlizin səmərəliliyinin artırılmasına və hətta regional və ya qlobal qeyri-sabitlik şəraitində belə ticarət və əməkdaşlıq üçün əsas kanal kimi dayanıqlılığının gücləndirilməsinə yönəlmiş mühüm elementlərdir.

"Şərqlə Qərbin strateji kəsişməsində yerləşən Azərbaycan Orta Dəhlizinin inkişafında özünün mühüm rolunu dərk edir. Bu gün təqdim olunan təşəbbüslər və onların icra müddətləri infrastrukturun inkişafı, səmərəliliyin artırılması və dayanıqlı iqtisadi artımla bağlı milli məqsədlərimizə tam uyğundur".

Azərbaycan bu təşəbbüsü dəstəkləməklə vurğulayır: Orta Dəhliz təkcə nəqliyyat əlaqəsi deyil, sabitlik amilidir. Bu, təkcə logistika və ticarət deyil, həm də geosiyasi çağırışlara tab gətirə biləcək güclü tərəfdaşlıq əlaqələrinin yaradılmasıdır”, - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti