Bakı. Trend:
Bundestaqın üzvləri parlament seçkilərində qalib gələn Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının alyansının lideri Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyi ilə bağlı bu gün səs verəcəklər.
Trend-in məlumatına görə, Merts gözlənildiyi kimi lazım olan səsləri alsa, yeni koalisiya hökuməti yaradılacaq.
Mertsin namizədliyi aprel ayında XDİ/XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu yeni “qara-qırmızı” hakim koalisiyanın yaradılmasından sonra irəli sürülüb.
Almaniyanın əsas qanununa görə, kansler vəzifəsinə namizədi Almaniyanın federal prezidenti irəli sürür, bundan sonra Bundestaq üzvlərinin mütləq əksəriyyətinin dəstəyi tələb olunur.