Bakı. Trend:
Azərbaycanda nar ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.9% artım qeydə alınıb.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771.9 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.