...

İran Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə müsbət prizmadan yanaşır – Nazir müavini (ÖZƏL)

Siyasət Materials 6 May 2025 14:23 (UTC +04:00)
İran Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə müsbət prizmadan yanaşır – Nazir müavini (ÖZƏL)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə müsbət prizmadan yanaşır və bu da əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Bunu Trend-ə açıqlamasında İran xarici işlər nazirinin müavini və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında münasibətlərin yeni səviyyəsinə start verilib. "Buna İran prezidenti Məsud Pezeşkianın səfərində də şahidi olduq. İki ölkə münasibətlərdə yeni səhifənin açılmasının tərəfdarıdır", - o bildirib.

S.Xətibzadə qeyd edib ki, İran Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülh anlaşmasından sonra regional əməkdaşlıqda yeni perspektivlərin açılacağına ümid edir.

"Regional əməkdaşlıq çərçivəsində İran və Azərbaycan arasında münasibətlər özünəməxsus şəkildə inkişaf edəcək. Regional və beynəlxalq proseslər iki ölkə arasında müsbət mənada fərqli münasibətlərin inkişafına imkan yarada bilər", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti