Bakı. Trend:
Çin şirkətləri ABŞ-nin yüksək rüsumlarından yayınmaq üçün müxtəlif biznes taktikalardan istifadə edib. Şirkətlər mallarının Birləşmiş Ştatlar bazarlarına çıxması üçün mallarının qiymətini süni şəkildə aşağı salmağa başlayıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, həddən artıq yüksək idxal rüsumlarından yan keçmək üçün çin şirkətləri DDP – (delivered duty paid ) - yəni gömrük rüsumu ödənilmiş çatdırılma taktikasından istifadə edir. Bunun üçün satıcıdan təkcə mali təyinat nöqtəsinə çatdırmaq yox, həm də gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi tələb olunur.
Çin şirkətləri inanırlar ki, bu yolla rüsum həcminin əhəmiyyətli dərəcədə aşağı salınmasına nail olacaqlar. Belə ki, rəsmiləşdirmə üçün onlar malın qiymətini qəsdən çox ucuz göstərir və ya mal haqqında təsviri dəyişirlər.