...

Azərbaycanın xlor idxalına çəkdiyi xərc 45% artıb

İqtisadiyyat Materials 6 May 2025 16:20 (UTC +04:00)
Azərbaycanın xlor idxalına çəkdiyi xərc 45% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 136 ton miqdarında, 58 min ABŞ dolları dəyərində xlor idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, xlor idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 34 ton və ya 33,3%, dəyər ifadəsi ilə 18 min ABŞ dolları, yaxud da 45% artıb.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilmiş xlorun miqdarı 102 ton, dəyəri isə 40 min ABŞ dolları idi.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xlor Rusiya və İrandan idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti