Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çilinin xarici işlər naziri Alberto van Klavenerlə görüş keçirib.
Trend Çili XİN-ə istinadən xəbər verir ki, görüşün gedişində ikitərəfli əlaqələrin perspektivləri, Cənubi Qafqazdakı vəziyyət, “yaşıl” enerjinin inkişafı ilə bağlı məsələlər, eləcə də, bu sahədə əməkdaşlıq müzakirə olunub.
Müzakirələrdə Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin əhəmiyyətinə də xüsusi diqqət ayrılıb.
Ölkələr arasında ticari-iqtisadi əlaqələr hələlik orta səviyyədə olsa da, dayanıqlı artım nümayiş etdirməkdədir. Hər iki tərəf xüsusən aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin perspektivli imkanlarının olduğunu qeyd edir.
Xatırladaq ki, Çili və Azərbaycan arasında ilk siyasi müşavirələr 2018-ci ildə Santiyaqoda keçirilib. Həmin danışıqlarda Çilidən olan nümayəndə heyətinə Çilinin xarici işlər nazirinin müavini vəzifələrini yerinə yetirən səfir Patrisio Torres, Azərbaycandan olan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib.