...

İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb

İdman Materials 6 May 2025 20:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının XXXVII turu çərçivəsində keçiriləcək "Aston Villa" - "Tottenhem" matçı təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Klub UEFA Avropa Liqasının finalında mümkün iştirakına görə görüşün başqa vaxtda keçirilməsi üçün İngiltərə Futbol Assosiasiyasına müraciət edib.

Qərara əsasən, matç mayın 16-da, Bakı vaxtı ilə saat 20:30-da təşkil olunacaq.

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə Norveç təmsilçisi “Bodo-Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması mayın 8-də təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti