...

ABŞ Energetika Nazirliyi Azərbaycanda 2026-cı il üçün neft hasilatı proqnozunu yenidən nəzərdən keçirir

İqtisadiyyat Materials 6 May 2025 20:51 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda 2026-cı il üçün neft hasilatı proqnozunu yenidən nəzərdən keçirir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,6 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend ABŞ Enerji İnformasiya Administrasiyasına (EIA) istinadən xəbər verir ki, əvvəlki təxminlərlə müqayisədə EIA yerli hasilat üzrə proqnozunu bir qədər korrektə edərək, gündəlik 0,01 milyon barel azaldıb.

Yenilənmiş proqnoza görə, 2026-cı ildə hasilat birinci rübdə sutkada 0,62 milyon bareldən başlayacaq, sonra ikinci rübdə 0,61 milyon, üçüncü rübdə 0,6 milyon, dördüncü rübdə isə gündəlik 0,59 milyon barel azalacaq.

2025-ci il üçün proqnoz dəyişməz olaraq gündə orta hesabla 0,62 milyon barel səviyyəsində qalır. Birinci rübdə hasilatın sutkada 0,57 milyon barrelə, ikinci rübdə 0,62 milyona, üçüncüdə 0,64 milyona yüksələcəyi, dördüncü rübdə isə bir qədər azalaraq sutkada 0,63 milyon barel olaraq qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə kondensat da daxil olmaqla, 6,9 milyon ton xam neft hasil edilib ki, bu da həcmin 7,3 milyon ton olduğu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 397,5 min ton və ya 5,5% azdır.

Xəbər lenti

Xəbər lenti