...

ABŞ könüllü təslim olan qanunsuz miqrantlara 1000 dollar mükafat təklif edir

Dünya xəbərləri Materials 6 May 2025 21:00 (UTC +04:00)
ABŞ könüllü təslim olan qanunsuz miqrantlara 1000 dollar mükafat təklif edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti ölkəki qanunsuz miqrantlara ABŞ-ni tərk etmək qərarına gələcəkləri təqdirdə 1000 dollar pul mükafatı və pulsuz bilet təklif edib.

Trend xəbər verir ki, bu barədə BBC ABŞ-nin Daxili Təhlikəsizlik Xidmətinin rəhbəri Kristi Noemə istinadən məlumat yayıb.

“Bu, deportasiya edilmədən, həbs olunmadan Birləşmiş Ştatlar ərazisini tərk etməyin ən yaxşı, ən təhlükəsiz və ən qənaətcil yoludur”, - deyə Kristi Noem bildirib.

Təklifin başqa üstünlüklərindən biri odur ki, könüllü şəkildə təslim olan və ölkəni tərk edən qanunsuz miqrantların gələcəkdə ABŞ-yə qanuni yolla qayıdışı prosesi asanlaşdırıla bilər.

DTX bildirir ki, artıq ilk “qanunsuz miqrant” bu təklifi qəbul edib və mükafat və aviabiletlə təmin olunaraq Çikaqodan Hondurasa qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti