...

Hindistan Pakistandakı mülki hədəflərə zərbələr endirib - diplomatik mənbə

Dünya xəbərləri Materials 7 May 2025 01:33 (UTC +04:00)
Hindistan Pakistandakı mülki hədəflərə zərbələr endirib - diplomatik mənbə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan Pakistan və Azad Kəşmirdə məscidlər də daxil olmaqla bir neçə mülki hədəfə zərbələr endirib.

İslamabaddakı diplomatik mənbədən Trend-ə verilən məlumata görə, Hindistan Hərbi Hava Qüvvələri Pakistana uzaqmənzilli raketlər atıb.

"İlkin məlumata görə, bir uşaq həlak olub, bir neçə mülki şəxs, o cümlədən qadınlar yaralanıb. Biz bu hücuma cavab olaraq müvafiq və qətiyyətli tədbirlər görəcəyik", - diplomatik mənbədən bildirilib.

Xatırladaq ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Xəbər lenti

Xəbər lenti