...

Pakistan Hindistanın hücumlarına sərt cavab verəcək - Şahbaz Şərif

Dünya xəbərləri Materials 7 May 2025 01:54 (UTC +04:00)
Pakistan Hindistanın hücumlarına sərt cavab verəcək - Şahbaz Şərif
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Hindistanın tətbiq etdiyi müharibə aktına qəti şəkildə cavab vermək hüququ var və belə bir cavab artıq verilib.

Trend-in məlumatına görə, bunu Pakistanın baş naziri Şahbaz Şərif deyib.

"Məkrli düşmən Pakistanın 5 yaşayış məntəqəsinə hücumlar həyata keçirib. Pakistanın Hindistanın tətbiq etdiyi müharibə aktına qətiyyətli cavab verməyə tam haqqı var və belə bir cavab artıq verilib.

Hindistanın mənfur məqsədlərinə çatmasına heç vaxt imkan verməyəcəyik”, - deyə Şahbaz Şərif bildirib.

Qeyd edək ki, Hindistan Pakistanın şəhərlərinə raket zərbələri endirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Xəbər lenti

Xəbər lenti