Bakı. Trend:
Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start verilib.
Trend xəbər verir ki, ilk gündə bir matç baş tutub.
Finalın ilk iştirakçısı Milanda müəyyənləşib. “İnter” səfərdə heç-heçə etdiyi “Barselona”nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb. Meydan sahibləri 90+3-cü dəqiqədə fərqlənərək, məğlubiyyətdən xilas olublar. Əlavə vaxtda daha bir qol vuran "İnter" həlledici oyuna vəsiqə qazanıb.
Qeyd edək ki, mayın 7-də keçiriləcək digər yarımfinal oyununda PSJ və “Arsenal” üz-üzə gələcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. “İnter” – “Barselona” - 4:3
Qollar: L. Martines, 21. H. Çalhanoğlu, 45+1 (p.). Açerbi,
90+3. Frattezi, 99 - E. Qarsiya, 54. D. Olmo, 60. Rafinya, 88
İlk oyun – 3:3