...

Ukrayna ilə bağlı saziş mənim iştirakım olmadan mümkün olmayacaq - Tramp

Dünya xəbərləri Materials 17 May 2025 11:30 (UTC +04:00)
Ukrayna ilə bağlı saziş mənim iştirakım olmadan mümkün olmayacaq - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp onun iştirakı olmadan Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı sazişə nail olmağın mümkün olmadığını bildirib.

Trend xəbər verir ki, by barədə xarici KİV-lər məlumat yayıb.

“Mən düşünmürəm ki, mənsiz sazişə nail olunacaq, çünki hər iki tərəfdə bir-birinə qarşı çox böyük nifrət var”, -Tramp bildirib.

Amerikalı lider eyni zamanda, Rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərdə olduğunu qeyd edib.

“Düşünürəm ki, bizdə bu saziş baş tutacaq. Biz onunla görüşməliyik və böyük ehtimalla bunu planlaşdıracağıq”, - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar keçirilsə də, tərəflər arasında ciddi bir razılaşma əldə olunmayıb. Əsas irəliləyiş əsir mübadiləsi ilə bağlı tərəflərin ortaq məxrəcə gəlməsi və danışıqları bundan sonra da davam etdirmək öhdəliyi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti