Bakı. Trend:
“Zəfər Yolu” turizm marşrutunun hazırlanması nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Turizm Agentliyindən bildirilib.
Qeyd edilib ki, “Zəfər Yolu” turizm marşrutunun hazırlanması və dövlət-özəl əməkdaşlığı əsasında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarına bir günlük və çoxgünlük turların təşkil edilməsi nəzərdə tutulur.
"Eyni zamanda Şahbulaq qalası, Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun yaradılması, Tuğ kəndində və Hadrut qəsəbəsində turizm infrastruktur işlərinin aparılması davam etdirilir və ərazilər mərhələli şəkildə turistlərin qəbulu üçün hazırlanır", - agentlikdən əlavə edilib.