...

Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 May 2025 13:26 (UTC +04:00)
Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınmış yüklərin həcmi 134,7 min ton olub.

Trend bu barədə Dövlət Sttistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 min ton və ya 56,1% çoxdur.

Belə ki, ötən ilin yanvar-mart aylarında Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınmış yüklərin həcmi 86,3 min ton olmuşdu.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycan ərazisində nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3,672 milyon ton, dəniz nəqliyyatı ilə 1,764 milyon ton və avtomobil nəqliyyatı ilə 2,553 milyon ton yük daşınıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-ini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-ini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-ini tranzit yüklər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti