Bakı. Trend:
Ağdaşda avtomobil at arabası və başqa maşınla toqquşub, sürücü hadisə yerində ölüb.
Trend-in məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 30.11.1993-cü il təvəllüdlü Atəddinov Məhəmməd Fəzli oğlu minik avtomobili ilə hərəkətdə olan zaman 15.04.1971-ci il təvəllüdlü Həmidov Məqsəd Əhmədiyyə oğlunun idarə etdiyi at arabasının arxa hissəsindən vurub, daha sonra həmin yolun əks istiqamətində hərəkətdə olan 14.02.1999-cu il təvəllüdlü Quliyev Füqan Eldar oğlunun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə M.Atəddinov hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişinlər 04.02.1972-ci il təvəllüdlü Şirinov Əflatun Əliağa oğlu, 06.03.1966-cı il təvəllüdlü Şirinov Şöhrət Şirin oğlu, 16.03.1989-cu il təvəllüdlü Şirinov Elvin Mirəhməd oğlu, 20.02.2009-cu il təvəllüdlü Musayev Ömər Zahid oğlu və at arabasını idarə edən M.Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.