...

Prezident İlham Əliyevin səfəri Azərbaycanın Avropa ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər - ŞƏRH

Siyasət Materials 17 May 2025 14:14 (UTC +04:00)
Prezident İlham Əliyevin səfəri Azərbaycanın Avropa ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər - ŞƏRH
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin səfəri təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də Azərbaycanın Avropa ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. İlk olaraq qeyd edim ki, Avropa Siyasi Birliyi platforması Avropa İttifaqı ilə İttifaqa daxil olmayan ölkələr arasında dialoqu gücləndirmək məqsədi daşıyır.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya işgüzar səfəri olduqca vacibdir:

“Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də Azərbaycanın Avropa ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. İlk olaraq qeyd edim ki, Avropa Siyasi Birliyi platforması Avropa İttifaqı ilə İttifaqa daxil olmayan ölkələr arasında dialoqu gücləndirmək məqsədi daşıyır. Bu baxımdan Azərbaycanın bu platformada iştirakı həm regional, həm də qlobal aktor kimi statusunu möhkəmləndirir. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı bir daha göstərir ki, rəsmi Bakı Avropa ilə münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətindədir.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıq yaradıb. Bu reallığı qəbul edən və bu çərçivədə əməkdaşlıq qurmaq istəyən hər bir tərəf Azərbaycanla konstruktiv münasibətlər qura bilər. Avropa da bu yeni reallığı anlayır və regionda uzunmüddətli sabitlik üçün Azərbaycanın mövqeyini nəzərə almağa məcburdur. Tirana səfəri bu baxımdan Avropa-Azərbaycan münasibətlərində real siyasi koordinasiyanın qurulması üçün mühüm platformadır”.

Onun sözlərinə görə, Tirana Zirvəsi bir daha göstərir ki, dünya siyasətində artıq klassik mərkəzlərdən kənarda da koordinasiya mərkəzləri formalaşır:

“Rəsmi Bakı bu prosesə uyğun olaraq çevik diplomatik manevr imkanlarını artırır. Qərblə münasibətlərdə balansı qorumaq, ancaq suveren maraqlardan geri çəkilməmək Azərbaycanın diplomatik xəttinin əsas sütunlarındandır. İlham Əliyevin bu tədbirdə iştirakı da bu xəttin davamıdır. Hesab edirəm ki, Azərbaycanın Avropa ilə münasibətlərində əsas hədəf qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqdır. Bu kontekstdə Tirana səfəri Azərbaycanın öz mövqeyini nə qədər rasional, ardıcıl və prinsipial şəkildə müdafiə etdiyini göstərir. Rəsmi Bakı artıq siyasət yürüdən tərəfdir siyasətin obyekti yox. Məhz bu səbəbdən Azərbaycan liderinin iştirakı yalnız formal yox, həm də məzmunlu diplomatik hadisə kimi qiymətləndirilməlidir”.

Siyasi şərhçi Tural İsmayılov isə Trend-ə bildirib ki, Avropa Siyasi Birliyinin altıncı zirvəsi qitənin siyasi landşaftında mühüm bir mərhələni təmsil edir, çünki üzv dövlətlər bir araya gələrək ortaq maraqları və çağırışları müzakirə ediblər:

“Tirananın bu yüksək səviyyəli toplantıya ev sahibliyi etməsi Qərbi Balkanların Avropa inteqrasiyası prosesindəki artan rolunu və əhəmiyyətini vurğulayır. Zirvənin gündəmində duran əsas məsələlər arasında regional təhlükəsizlik, enerji təchizatı, iqlim dəyişikliyi və iqtisadi əməkdaşlıq kimi aktual mövzular yer alıb. İqtisadi əməkdaşlığın gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və davamlı iqtisadi inkişafın təşviqi də diqqət mərkəzində olub”.

O qeyd edib ki, Zirvə həmçinin, Avropa Birliyinə üzv olmayan ölkələrlə siyasi dialoqun və əməkdaşlığın dərinləşdirilməsi üçün bir platforma rolunu oynayıb:

“Zirvədə qəbul olunan qərarlar və bəyannamələr Avropanın gələcək siyasi kursuna və regional əməkdaşlığına əhəmiyyətli təsir göstərəcək. Toplantının nəticələri, Avropa Siyasi Birliyinin qitədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsindəki rolunu daha da möhkəmləndirə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına qatılması sadəcə bir diplomatik protokol hadisəsi deyil. Bu, Bakı ilə Avropa siyasi elitası arasında daha dərin, strateji xarakter daşıyan münasibətlərin yeni mərhələyə keçidinin real göstəricisidir. Zirvədə iştirak bir daha sübut edir ki, Azərbaycan artıq təkcə enerji xəritəsinin deyil, geosiyasi dialoqların da ayrılmaz hissəsinə çevrilib”.

“Səfər çərçivəsində baş tutan ikitərəfli və çoxtərəfli görüşlər Azərbaycanın diplomatik çevikliyini və mötədillik siyasətini də bir daha ortaya qoyur. Prezident Əliyevin çoxvektorlu diplomatiyası nəticəsində Bakı öz milli orbitini yaradır. Bu isə yalnız regional deyil, beynəlxalq siyasi sistem üçün də yeni bir siyasi davranış formasıdır. Zirvənin Azərbaycanın diplomatik aktivliyinin və geosiyasi çəkisinin yüksəldiyini bir daha sübut edir. Qərbin ən mürəkkəb siyasi platformalarından biri olan “Avropa Siyasi Birliyi” Azərbaycanın siyasi statusuna və liderliyinə dair əhəmiyyətli bir göstəricidir. Bu platformada söz sahibi olmaq təkcə iştirak etməklə deyil, istiqamət verməklə mümkündür və İlham Əliyev bu rolun öhdəsindən hər zaman layiqincə gəlir. “Biz təkcə regionun deyil, qitənin də gələcəyində varıq.” Bu mesaj artıq Avropa siyasi dairələri tərəfindən qəbul olunub və zamanla daha geniş rezonans doğuracaq. Azərbaycanın sabitlik, enerji və diplomatiya sahəsindəki mövqeyi onu bu çətin və dəyişkən dövrdə qitənin dayaqlarından birinə çevirir”- siyasi şərhçi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti